Modern.az

Şəhidin xatirəsinə həsr olunmuş açıq turnir - FOTO

Şəhidin xatirəsinə həsr olunmuş açıq turnir - FOTO

İdman

24 Mart 2024, 22:10

24 mart 2024-cü il tarixində Qazax Olimpiya İdman Kompleksində Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə Vətən müharibəsi şəhidi Mustafayev Ramiz Bağman oğlunun əziz xatirəsinə həsr olunmuş Ənənəvi Karate-do növü üzrə Fudokan Nümayəndəliyinin açıq turniri keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Tovuz - Qazax Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov, hüquq və intizam komitəsinin sədri Həmid Məmmədov, Dünya Fudokan Federasiyasının Azərbaycanda səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə, Vətən müharibəsi şəhidlərinin valideynləri, qazilər eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Açılış mərasimində Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himnimiz səsləndirilib.

 

AKF -nın baş katibi Qabil Sayadov çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı Şanlı Qələbədən, şəhid ailələrinə, qazilərə göstərilən yüksək dövlət qayğısından söz açaraq bildirib ki,  yeniyetmə və gənclərin Vətənə layiq vətəndaş kimi yetişməsində, onlarda torpağa sədaqət və vətənpərvərlik ruhunun aşılanmasında Şəhidlərimizin xatirəsinə həsr olunmuş idman və bu kimi digər tədbirlərin təşkil olunması çox vacibdir.

Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə yüksək yerləri tutmuş idmançılar müvafiq medal və diplomlarla təltif olunublar.

 

Bakı, Sumqayıt, Gəncə şəhərləri, həmçinin Abşeron, Ağstafa, Tovuz, Qazax və digər rayonlardan mübarizəyə 100-ə yaxın karateçi qatılıb. Qaliblərə diplom və şəhidin xatirəsinə xüsusi təsis olunmuş medallar təqdim edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir