Modern.az

“Qarabağ” növbəti rekorda imza ATDI

“Qarabağ” növbəti rekorda imza ATDI

30 Mart 2024, 10:26

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.

 

Modern.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu ən erkən çempionluğu qazanıb.

 

Qurban Qurbanovun yetirmələri 2023/2024-cü illər mövsümünün çempionu adını XXVIII turda təmin edib. “Qarabağ” sona 8 tur qalmış qızıl medala sahib çıxıb.

 

Əvvəlki rekord da ağdamlılara məxsus idi. 2015/2016-cı və 2017/2018-ci illər mövsümlərində sona 4 tur qalmış çempionluğu təmin edən klub bu rekordu ikiqat üstələyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir