Dekabrın 10-da OPEK-ə üzv ölkələrlə kartelə üzv olmayan ölkələrin energetika nazirlərinin görüşü olacaq.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib. Novak bundan öncə, dekabrın 9-da Brüsseldə Rusiya, Ukrayna və Avropa Birliyi ilə qaz müzakirələrində iştirak edəcək.
Xatırladaq ki, görüşdə neft hasilatının dondurulmasından sonra enerji bazarındakı stabilləşmənin nəticələri müzakirə olunub.
Vüqar İSMAYILOV