Modern.az

Ləğv olunan banklarda qorunmayan əmanətlərin qaytarılmasına başlanılır

Ləğv olunan banklarda qorunmayan əmanətlərin qaytarılmasına başlanılır

İqtisadiyyat

7 Oktyabr 2019, 19:46

Ləğv prosesində olan “Atrabank” ASC”, “Royalbank” ASC, “Kredobank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, QSC “Bank Standard” KB, “Yunayted Kredit Bank” ASC, “Texnikabank” ASC, “Dəmirbank” ASC və “Gəncəbank” ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə “Kapitalbank” ASC vasitəsilə 16 oktyabr 2019-cu il tarixindən başlanacaq. 

 

Əmanətlərin Sığortalanması Fondundan Modern.az-a bildirilib ki, fiziki şəxslərin kreditor tələbinin ödənilməsi ilə bağlı “Kapitalbank” ASC-nin filial şəbəkəsi və lazım olan sənədlər barədə əlavə məlumat veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok