Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-129/2020 saylı qərarıilə “Atabank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb.
Bu barədə Əmanətlərin Sığortalanması Fondundan Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-130/2020 saylı qərarı ilə “Amrahbank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb.
Məhkəmə qərarlarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Atabank” ASC və “Amrahbank” ASC-nin ləğvedicisi təyin edilib”.