Qazaxıstan Azərbaycandan gətirilən pomidora qadağa qoyub.
Modern.az xəbər verir ki, qərar pomidorlarda zərərverici infeksiyaların tapılması ilə əlaqələndirilir.
Qeyd olunur ki, yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi meyvə qırışı virusu aşkar edilib.
İdxalın dayandırılması qərarı yanvarın 16-da qəbul edilib. Qadağa müvəqqəti xarakter daşıyır.