ABŞ prezidenti Barak Obamanın yeni elan etdiyi inzibati təyinatlar arasında Saçin Dev
Pavitran adlı 34 yaşlı gözü görməyən kor oğlan da var. Modern az bildirir ki, orta təhsilini Dubayda almış Saçin Dev Pavitran Memarlıq və Nəqliyyat Bariyerləri Uzlaşma Şurasının üzvü seçilib. Bu, ABŞ-da əlil insanlar üçün nəzərdə tutulmuş müstəqil qurumdur.
”Biz heç vaxt fikirləşmədik ki, o, bu qədər irəliyə gedə bilər. Kaş atası da sağ olub görəydi”-deyə Saçin Dev Pavitranın anası bildirib.