Modern.az

Səyyad Əlizadənin bacısı Prezidentə və birinci xanıma müraciət etdi - VİDEO

Səyyad Əlizadənin bacısı Prezidentə və birinci xanıma müraciət etdi - VİDEO

16 Sentyabr 2021, 14:31

Tanınmış müğənni Səyyad Əlizadənin bacısı Səidə Əliyeva Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

 

Modern.az “Yeni Sabah”a istinadən xəbər verir ki, S.Əliyeva öz müraciətində qardaşının ağır durumda olduğunu qeyd edib: 

 

“Səyyad indi zülmətdədir. Sizdən kömək istəyirəm. Bəhram Bağırzadəni xalqa qaytaran həkimlər onu da qaytarsınlar. Mehriban xanım ümid yerim Sizsiniz”.

 

Bildirək ki, koronavirusa yoluxan S. Əlizadənin durumu ağır vəziyyətdədir. O, müalicə olunduğu Zığ qəsəbəsindəki modul tipli xəstəxanada bu gün komaya düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək