Modern.az

Almaniyada \"Berlinale\" Film Festivalı BAŞLAYIR

Almaniyada \

16 Fevral 2024, 12:38

Almaniyanın paytaxtı Berlin şəhərində "Berlinale" Film Festivalı başlayır.

 

Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

 

"Berlinale" Avropanın ən siyasiləşmiş film festivalı kimi öz reputasiyasına sadiq qalıb. Fevralın 15-i axşam qırmızı xalça üzərində etiraz aksiyası keçirilib. Onlarla kinorejissor sağçı ekstremizmə qarşı mübarizəyə çağırıb.

 

Qısametrajlı film proqramında rejissor Pavel Mojarın çəkdiyi “Arzuolunmaz qohumluq” filmi nümayiş olunacaq. Pavel Mojar Minskdə anadan olub və 10 yaşında valideynləri ilə birlikdə Almaniyaya köçüb. Filmində o, Ukraynadakı müharibəyə görə öz məsuliyyətini əks etdirir.

 

Festivalda üç ukraynalı rejissor öz əsərlərini təqdim edəcək. Forum bölməsində Roman Bondarçukun “Redaksiya” və Oksana Karpoviçin “Sülhsevər insanlar” filmləri iştirak edəcək. Digər kateqoriyada isə Svetlana Lişçinskayanın “Balaca qərib” filminə baxmaq mümkündür.

 

"Berlinale" fevralın 15-dən 25-dək davam edəcək və ümumilikdə 233 film nümayiş etdiriləcək. Əsas müsabiqə proqramına 20 film daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!