Modern.az

“İlham Əliyevin o sualıma verdiyi cavab qəzetlərin manşeti oldu” - Jurnalist

“İlham Əliyevin o sualıma verdiyi cavab qəzetlərin manşeti oldu” - Jurnalist

Media

15 Oktyabr 2023, 18:12

Bu gün İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötür.

Modern.az-ın məlumatına görə, İlham Əliyev Prezident seçilməsinin 20 illiyini işğaldan azad olunmuş Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və Xocavənd şəhərlərində Azərbaycanın üçrəngli bayrağını ucaltmaqla qeyd edib.

Bəzi tanınmış simalar bu əlamətdar günlə bağlı xatirələrini bölüşüblər.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi, telejurnalist Mehman Mehdiyev illər öncə İlham Əliyevdən aldığı müsahibə haqqında danışıb.

O deyib ki, həmin müsahibəni 2001-ci ildə alanda İlham Əliyev hələ onda Azərbaycan Prezident deyildi, millət vəkili idi.

Mehman Mehdiyev sözügedən müsahibəni “Space” TV-nin əməşdaşı qismində götürüb:
 

“Cənab İlham Əliyevdən aldığım həmin eksklüziv müsahibədə ona Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə sual ünvanladım.

O vaxt ATƏT-in Minsk qrupunun bölgəyə mənasız və nəticəsiz səfərlərinin sayı da çoxalırdı.

“Münaqişənin həllini necə görürsünüz, danışıqlar, yoxsa müharibə yolu ilə?”, - deyə soruşmuşdum.

O vaxt İlham Əliyevin bu sualıma verdiyi cavab qəzetlərin manşeti oldu:
“İşğal olunan torpaqları biz öz gücümüzə azad edəcəyik” deyən müsahibimin bu kimi və digər açıqlamaları illər sonra öz təsdiqini tapdı.

Müsahibə medianın bir həftədən çox gündəmini bəzədi. Arxivdə qalan o videonu nə vaxtsa paylaşmaq düşünürəm ki, maraqlı olardı.

Bugün isə Prezidentin hakimiyyətə gəlməsinin 20-ci ildönümüdür. Bu illər ərzində çoxsaylı uğurlara imza atıldı. Qalib xalqın qalib lideri olmaq isə tariximizə qızıl hərflərə yazıldı”.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...