Modern.az

Kerri sazişi nəvəsi ilə imzaladı - Video

Kerri sazişi nəvəsi ilə imzaladı - Video

Dünya

22 Aprel 2016, 22:00

Aprelin 22-də dünyanın 150-dən artıq ölkəsinin təmsilçiləri BMT-də Paris İqlim Sazişini imzalayıb.

 

Modern.az saytı Qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ dövlət katibi Con Kerri dəbdəbəli mərasimə nəvəsi ilə qatılıb. O, nəvəsi qucağında olarkən müqaviləyə imza atıb, daha sonra nəvəsini öpüb.

 

BMT baş katibi Pan Gi Mun Con Kerri ilə salamlaşaraq onunla və nəvəsi ilə xatirə fotosu çəkdirib.

 

Qeyd edək ki, sazişi imzalamaqda məqsəd iqlim dəyişikliyinin təsirini azaltmaq, qlobal orta temperatur artımını 2 dərəcədən aşağı saxlamaqdır.

         

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir