Modern.az

3 iclasdan sonra Milli Məclis tətilə gedir

3 iclasdan sonra Milli Məclis tətilə gedir

Parlament

5 May 2016, 12:37


Milli Məclisin may ayı üçün iclaslarının vaxtı məlum olub. Milli Məclisdən Modern.az saytına verilən məlumata görə, bu ay 3 plenar iclas keçiriləcək. İlk plenar iclasın vaxtı məlumdur.

Mayın 6-da keçiriləcək plenar iclasın gündəliyi də bəllidir. Sabah keçiriləcək iclasın gündəliyinə 16 məsələ çıxarılıb.

Parlamentin növbəti iclasları isə mayın 17 və 31-də keçiriləcək.

Daxili Nizamnaməyə uyğun olaraq Milli Məclisin yaz sessiyası may ayında keçirilmiş sonuncu iclasla, yəni mayın 31-də bitmiş hesab olunacaq.

 Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok