Modern.az

Paytaxtın bu rayonlarında qaz olmayacaq

Paytaxtın bu rayonlarında qaz olmayacaq

Aktual

9 İyun 2016, 23:28

 

Bakı şəhəri Binəqədi və Xətai rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.  “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az saytına verilən məlumata görə, məhdudiyyət Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllədə yerləşən 630 mənzilli yaşayış binasına çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, orta təzyiqli qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması ilə bağlıdır.

 

Bu məqsədlə iyunun 10-da saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Sulutəpə və Çiçək qəsəbələri ərazisində, Xətai rayonunun K.Kərimov və M.Davud küçələri ətrafında, kənd Əhmədli ərazisində və Həzi Aslanov yaşayış massivi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir