Modern.az

Sarkisyan baş kəşfiyyatçını işdən ÇIXARDI

Sarkisyan baş kəşfiyyatçını işdən ÇIXARDI

Aktual

22 İyun 2016, 16:42

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) direktorunun müavini, baş kəşfiyyat idarəsinin rəisi Qaregin Mxitaryan tutduğu vəzifədən azad edilib.

 

Modern.az-ın Ermənistan KİV-inə istinadən verdiyi xəbərə görə,bu haqda məlumat ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan bu haqda sərəncam imzalayıb. Onun başqa sərəncamı ilə Stepan Melkonyan Ermənistan Milli Təhlükəsizlik Xidməti direktorunun müavini, baş kəşfiyyat idarəsinin rəisi vəzifəsinə təyin edilib. 

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir