Bilgəh qəsəbəsindəki çimərlikdə çimən şəxs boğularaq ölüb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilnə məlumatda qeyd edilib.
Hadisə iyunun 28-də baş verib. Belə ki, Sumqayıt şəhər sakini Sahil Yusifzadə Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki dəniz çimərliyində çimərkən boğulub. Meyit sudan çıxarılıb.
İyunun 28-də Bərdə rayonunun Nəzirli kənd sakini Xəqanı Behbudzadə Kür çayında çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.
İyunun 28-də Tovuz rayonunun Aşağı Quşçu kəndində kənd sakini Vahid Quliyev ehtiyatsızlığından Tovuz kanalına düşərək boğulub.
Gülşən RAUFQIZI