Modern.az

Tovuzda ağır qəza: ana öldü, oğlu yaralandı

Tovuzda ağır qəza: ana öldü, oğlu yaralandı

1 İyul 2016, 19:57

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yolı-nəqliyyat qəzası baş verib. Apa-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Tovuz rayonunun Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. "Hyundai" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ağır xəsarət alıb. Onlar dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

1969-cu il təvəllüdlü Almaz Həsənovanı xilas etmək mümkün olmayıb. Onun oğlu, 2000-ci il təvəllüdlü Dulqay Əhmədovun vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir