Bu gün səhər saatlarında - 7:30 radələrində Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsindəki 9 mərtəbəli binada yanğın baş verib.
Modern.az saytının hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yanğın binanın 6-cı mərtəbəsində olub. Hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb edilib. Hadisə zamanı evdə heç kim olmayıb. Yanğın artıq söndürülüb.
Yanğının hansı səbəbdən baş verdiyi Fövqaladə Hallar Nazirliyinin açıqlmasından sonra bəlli olacaq.
Gülşən RAUFQIZI