Modern.az

Moskvada İŞİD yaraqlısı tutuldu

Moskvada İŞİD yaraqlısı tutuldu

Dünya

6 İyul 2016, 20:28

Moskvanın Lefortovo məhkəməsi terror birliyi yaradılmasında təqsirləndirilən Marat İbrahimovun həbsinə icazə verib. Modern.az Rusiya mediasına istinadən bildirir ki, Dağıstan sakinini Federal Təhqiqat Bürosunun əməkdaşları saxlayıblar. Axtarış zamanı onun üstündə 4 qumbara, iki tapança və iki avtomat aşkarlanıb. Onu indi 20 il həbs cəzası gözləyir.

İstintaq müəyyən edib ki, Marat İbrahimov 2014-cü ildə Suriyaya gedərək İŞİD yaraqlılarına qoşulub. Rusiya silahlı qüvvələrinin əməliyyatları başlayandan sonra İbrahimovun dəstəsi itkilərə və fərariliyə görə ciddi şəkildə zəifləyib.

Terror qruplaşmasının rəhbərliyi İbrahimovu Moskvaya yeni üzvlər cəlb etmək üçün yollayıb. O, həmin şəxsləri paytaxtdakı məscidlərdən axtarıb. Hazırda onun ələ ala bildiyi şəxslərin kimlikləri müəyyənləşdirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı