Modern.az

Ərdoğan Putin BARƏDƏ: "Avqustun ortalarında görüşəcəyik”

Ərdoğan Putin BARƏDƏ: "Avqustun ortalarında görüşəcəyik”

Dünya

23 İyul 2016, 13:52

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə planlaşdırılan görüşü barədə danışıb.

 

Modern.az xəbər verir ki, “France 24” telekanalına müsahibə verən dövlət başçısı görüşün avqustun ortalarında baş tutacağını deyib.

 

“Hazırda Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşları bu məsələ ilə bağlı rusiyalı həmkarları ilə danışıqlar aparır. Əlbəttə, Türkiyədəki son hadisələr səfərin vaxtına təsir göstərəcək. Amma düşünürəm ki, gözlənilməz hadisələr baş verməsə, Putinlə avqustun ortalarında görüşəcəm”.

 

Görüşün Rusiyanın Soçi şəhərində baş tutacağı ehtimal olunur.

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir