Modern.az

Türkiyədə tanınmış jurnalist SAXLANILDI

Türkiyədə tanınmış jurnalist SAXLANILDI

Dünya

26 İyul 2016, 10:34

 

İyulun 15-də Türkyədə hərbi çevrilişə cəhd işi ilə bağlı tanınmış jurnalist Nazli Ilıcak saxlanılıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, jurnalist Türkiyənin cənub-qərbindəki Muğla əyalətində saxlanılıb. O, Fətullah Gülən şəbəkəsini dəstəkləməkdə ittiham olunur.

 

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

 

Bununla bağlı ölkədə 3 aylıq fövqəladə vəziyyət elan olunub.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir