Modern.az

Ərdoğanın Putinlə görüşəcəyi tarix AÇIQLANDI

Ərdoğanın Putinlə görüşəcəyi tarix AÇIQLANDI

Dünya

26 İyul 2016, 11:31

Türkiyənin baş nazirin müavini Mehmet Şimşək, prezident Rəcəp Tayyib Ərdoğanın Rusiya ziyarəti ilə bağlı açıqlama verib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Şimşək, Rəcəp Tayyib Ərdoğanın avqustun 9-da Sankt Peterburqa gedəcəyini bildirib.

 

Ərdoğanın Rusiya ziyarətində prezidenti Vladimir Putin ilə görüşəcəyi məlum olub.

 

Qeyd edək ki, 2015-ci ilin noyabrında Türkiyə ilə Rusiya arasında yaşanan təyyarə insidentindən 7 ay sonra Ərdoğan ilə Putin arasında telefon danışığı gerçəkləşib.

 

Bu telefon danışığından sonra iki ölkə arasındakı münasibətlərin düzəlməsi müşahidə edildi.

 

Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok