Modern.az

“Ən-Nusra” ilə “Əl-Qaidə”nin parçalanmasının səbəbi məlum oldu

“Ən-Nusra” ilə “Əl-Qaidə”nin parçalanmasının səbəbi məlum oldu

Dünya

26 İyul 2016, 21:47

“Ən-Nusra” Cəbhəsi terror qruplaşması yaraqlıların Suriyadakı rəhbərlərinin müşavirəsindən sonra “Əl-Qaidə”dən ayrılmaq qərarına gəlib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, parçalanmanın səbəbi qruplaşmalar arasında çox sayda mübahisələrin olmasıdır.

Məlumatda qeyd edilir ki, “Əl-Qaidə”nin qərargahı Əfqanıstanda yerləşdiyindən taktika və strategiyanın koordinasiya prosesi, eləcə də qərarların tez qəbulu ciddi çətinlik yaradır. Bu səbəbdən “Ən-Nusra”nın baş əmiri Abu Məhəmməd Əl-Colyani digər əmirlərə Əfqanıstandan tapşırıqları və göstərişləri cəbhədəki vəziyyət üzrə hərəkət etməyə razılıq verib.

Bundan əlavə, həm də hesab edilir ki, “Ən-Nusra”, beləliklə, dünya ictimaiyyətinin nəzərlərini özünün terrorla bağlılığından yayındırmağa çalışır. Bununla yaraqlılar Qərb ölkələrinin “Ən-Nusra”nı etibarlı müxalifət kimi tanınmasına zəmin yaratmaq istəyirlər. Belə olan təqdirdə radikallar özlərini koalisiyanın zərbələrindən təhlükəsiz hiss edə biləcəklərini düşünürlər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir