Bərdədə yanğın faktı qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu gün Bərdə rayonunda vətəndaşa məxsus ümumi sahəsi 165 m2 olan 3 otaqlı evdə yanğın baş verib.
Yanğın nəticəsində evin54 m2 sahəsi əşyaları ilə birlikdə yanaraq kül olub.
Dərhal FHN-nin əməkdaşları hadisə yerinə cəlb edilib.
Yanğınsöndürənlərin əməyi nəticəsində yaxınlıqda yerləşən digər tikililər və evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10:56-da söndürülüb.
Mirmahmud KAZIMOĞLU