Modern.az

Jurnalist Pərviz Həşimli yenidən Polis bölməsinə aparıldı

Jurnalist Pərviz Həşimli yenidən Polis bölməsinə aparıldı

18 Avqust 2016, 15:28

“Gününsəsi.info” saytının baş redaktoru Pərviz Həşimli az öncə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis bölməsinə aparılıb. 

 

Modern.az saytı xəbər verir ki, jurnalistin bildirdiyinə görə, keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun sürücüsü tərəfindən fiziki zorakılığa məruz qalıb. 

 

Polis əməkdaşları sürücünü və Pərviz Həşimlini polis bölməsinə aparıblar.


Pərviz Həşimli “Nüşabə Əsədova məni təhqir elədi, sürücü məni vurdu” deyə sosial şəbəkədə yazıb. Nüşabə Əsədova keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun xanımıdır.

P.Həşimli bildirib ki, Hilal Əsədovun sürücüsü ona hücum edib ki, "sən Nüşabə Əsədovadan yazmisan, onu işdən qovublar".


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir