Modern.az

Türkiyə ordusu 4 kəndi İŞİD-dən geri aldı

Türkiyə ordusu 4 kəndi İŞİD-dən geri aldı

Dünya

24 Avqust 2016, 16:13

Türkiyə Silahlı Qüvvələri Suriya Azadlıq Ordusu və beynəlxalq koalisyanın havadan dəstəyi nəticəsində Suriyanın Kvırcık və Tel-Şair kəndlərini terrorçu İŞİD qruplaşmasından təmizləyib.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, son məlumatlara görə, daha bir kənd də terrorçulardan təmizlənib.

 

Qeyd edək ki, bundan əvvəl Türkiyə sərhədindən 3 kilometr məsafədə yerləşən Keklice kəndi də İŞİD-dən azad olunub.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada başlayan “Fırat Qılxanı” adlı əməliyyatdan danışıb.

 

O deyib ki, Türkiyəyə təhdid yaradacaq kim olursa olsun, onlara qarşı mübarizə aparılacaq.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir