ACT Azərbaycan 17-21 iyul tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini açıqlayıb.
Modern.az xəbər verir ki, sorğu nəticəsində son bir ildə respondentlərin 59%-nin həkimə müraciət etdiyi məlum olub.
Müraciət edənlərin 78%-ni xəstəlik səbəbindən, 34%-ni isə profilaktik yoxlama məqdəsilə gedənlər təşkil edib. 76% respondent bunun üçün dövlət xəstəxanalarına, 56% isə özəl klinikalara üz tutub.
Xəstələrin ən çox müraciət etdiyi həkimlərin top beşliyinə stomatoloq (26.4%), ginekoloq (22.4%), terapevt (20%), kardioloq (14%) və nevropatoloq (13%) daxildir.
Xəstələrin ən az müraciət etdiyi sahələr isə dermatologiya (0.8%), onkologiya (02%) və pediatriyadır (0.2%).
Respondentlərin 2.3 %-i tibb ocaqlarının UZİ, 5.6 % labratoriya, 0.5%-i isə fizioterapiya kimi xidmətlərindən yararlanıblar.
Rəyi soruşulanların 70%-i onlara göstərilən tibbi xidmətdən razı qaldıqlarını bildiriblər. Həkimlərdən və göstərdikləri xidmətlərindən tamamilə narazı qalanlar isə 29% təşkil edib.
Respondentlərin 62.5 %-in fikrinə görə Bakıda yerləşən tibb ocaqlarında yüksək səviyyədə tibbi xidmət almaq mümkündür. 25.3 % isə bu fikirlə razılaşmayıb.
Sağlamlıq problemləri ilə xaricə üz tutanların faizi isə 7-dir. Xaricdə şəfa axtaranlar əsasən Türkiyə (31 %), Rusiya (22.2 %), Iran (13 %), Almaniya (9 %) kimi ölkələrə getməyi üstün tuturlar.
Sorğu 17-21 iyul tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.
Gülşən RAUFQIZI