Modern.az

Referendumla bağlı təşviqat kampaniyası BAŞLADI

Referendumla bağlı təşviqat kampaniyası BAŞLADI

Hadisə

3 Sentyabr 2016, 09:40

Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumla əlaqədar təşviqat bu gündən başlayır.

 

Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, təşviqat sentyabr ayının 3-də başlayır.

 

Təşviqat sentyabr ayının 25-i, saat 08:00-da başa çatır.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçiriləcək.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok