Xəzər dənizində bədbəxt hadisə baş verib.
Modern.az-ın APA-ya istinadən məlumatına görə, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus qayıq aşıb. Nəticədə qayıqda olan şəxslərdən biri dənizdə boğulub.
Həmin şəxsin SOCAR-ın podratçı təşkilatı Abşeron Qazma İdarəsinin əməkdaşı olduğu bildirilir.
Hazırda onun axtarışları davam etdirilir.
Modern.az