Modern.az

Paralimpiya Oyunlarında daha 2 gümüş medal qazandıq

Paralimpiya Oyunlarında daha 2 gümüş medal qazandıq

Aktual

14 Sentyabr 2016, 10:16

“Rio-2016” XV Yay Paralimpiya Oyunlarının altıncı günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, üzgüçümüz Dmitri Saleh üçüncü dəfə qüvvəsini sınayaraq ölkəmizin hesabına daha bir gümüş medal qazandırıb. Finalda mübarizə aparan üzgüçümüz məsafəni 1:08,80 saniyəyə qət edərək ikinci olub.

Atletimiz Yelena Çebanu da uzunluğa tullanma növündə gümüş medala sahib olub. Y. Çebanu 5.56 metr nəticə göstərərək yeddi idmançını geri qoyub. O, bu göstərici ilə özünün şəxsi rekordunu da yeniləyib.

Bununla da Paralimpiya yığmamızın Rioda qazandığı ümumi medalların sayı səkkizə çatıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var