Modern.az

Sarksiyan 4 yeni nazir təyin etdi

Sarksiyan 4 yeni nazir təyin etdi

Aktual

20 Sentyabr 2016, 14:00

Ermənistan prezidenti Serj Sarkisyan  hökumətə yeni təyinatlar  edib.

 

Modern.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumat  Ermənistan prezidentinin mətbuat xidmətindən verilib.

 

Ermənistan prezidenti Serj Sarkisyanın fərmanları ilə Vardan Aramyan yeni maliyyə naziri, Vaan Martirosyan yeni nəqliyyat və rabitə naziri, İqnati Arakelyan yeni kənd təsərrüfatı naziri, Aşot Manukyan isə yeni energetika və təbii sərvətlər naziri təyin olunub.

 

Aleksan Arutyunyan Prezident Administrasiyasının rəhbərinin müavini təyin edilib.

 

Qeyd edək ki, Aleksan Arutyunyan Ermənistanın Argentina, Uruqvay, Peru və Çilidə Fövqəladə və səlahiyyətli səfiri olub.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir