İraqda Mosul şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üzrə böyük hücum əməliyyatı başlayıb.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraqın baş naziri Heydər əl-Abadi bildirib.
Əməliyyatda kürd peşmərgələr, İraq hökumət qoşunları və xarici ölkələrin İŞİD-ə qarşı yaratdığı koalisiya iştirak edir.
Mosul üzərinə hücumda iştirak edən hərbçilərin 25 min nəfər olduğu bildirilir.
İraqın ikinci böyük şəhəri olan Mosul 2014-cü ildən İŞİD-in nəzarəti altındadır.
Modern.az