İraq hərbi qüvvələri Mosulun şərqində yerləşən Bartalla şəhərini İŞİD terrorçularından azad ediblər. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, azad edilən şəhər Mosuldan 13 kilometr məsafədə yerləşir.
Qeyd edək ki, oktyabrın 17-də İraq hakimiyyətini Mosul üzərində nəzarətin bərpa edilməsi üzrə əməliyyat başlayıb.
Modern.az