Daha bir yanğın hadisəsi Beyləqan rayonunda qeydə alınıb. Fövqaladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2 ailənin yaşadığı evdə vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb.
Qeyd edək ki, ümumi sahəsi 240 m2 olan ev kürsülüdür və bir dam altında yerləşib.
Yanğınsöndürənlər tərəfindən 1942-ci il təvəllüdlü Əliyeva Elmira Əkbər qızının yanmış meyiti aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gülşən RAUFQIZI