Gəncədə yaşayış evinin vanna otağında qaz sobası partlayıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə şəhərin Mahrasa Bağı adlanan yaşayış massivində yerləşən binada qeydə alınıb.
Orada yaşayan Elçin Nağıyev yaşadığı evin vanna otağında çimərkən qaz sobası partlayıb və o yuxarı ətrafın 1-2 dərəcəli termiki yanıq xəsarətləri alıb. E. Nağıyev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.
Modern.az