Modern.az

Bakıda "İnter"inin prezidenti istefa verdi

Bakıda "İnter"inin prezidenti istefa verdi

27 Oktyabr 2016, 18:10

Bakının “İnter” klubunun rəhbərliyində kadr dəyişikliyi baş verib.

Klub prezidenti Rəşad Qasımov öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Modern.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevə həvalə olunub.

R.Qasımov ötən ilin dekbar ayında “İnter”in prezidenti vəzifəsinə təyin olunmuşdu.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir