Modern.az

“İnanırıq ki, ABŞ Minsk Qrupunda Trampın rəhbərliyilə bir qədər də fəallaşacaq

“İnanırıq ki, ABŞ Minsk Qrupunda Trampın rəhbərliyilə bir qədər də fəallaşacaq”

Aktual

10 Noyabr 2016, 13:07

“Donald Trampın prezident seçilməsi Amerika xalqının seçimidir. Dünya birliyi kimi Azərbaycan da bu seçimə hörmətlə yanaşır. İki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq bundan sonra da davam edəcək”.

 

Modern.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

 

Ə.Həsənov bildirib ki, Azərbaycanın ABŞ-dan gözləntisi Dağlıq Qarabağla bağlıdır:

 

“Düşünürük ki, ABŞ ATƏT-in Minsk Qrupundakı fəalliyətini aktivləşdirəcək. İnanırıq ki, Amerika bu istiqamətdə fəaliyyətini dinamikləşdirəcək. Donald Trampın rəhbərliyi ilə bir qədər də fəallaşacaqlar. Neçə illərdir həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapacaq, mövcud status-kvo aradan qalxacaq. Biz bunu gözləyirik və ümid edirik, gözləntimiz doğrulacaq”.

 

 

 

Ağa AKİFOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir