Modern.az

İtkin düşən 10 neftçinin 6-sı eyni kənddəndir

İtkin düşən 10 neftçinin 6-sı eyni kənddəndir

Ölkə

15 Dekabr 2016, 12:23

Dekabrın 15-də “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verən hadisə nəticəsində itkin düşən 10 neftçidən 6 nəfəri Hacıqabul rayonunun Atbulaq kəndindəndir. 

Bu haqda Modern.az-a Atbulaq kəndinin icra nümayəndəsi Tahir Güləliyev məlumat verib.

 

Onun sözlərinə görə, itkin düşən neftçilərdən İlham Qafarov, Qorxmaz Rüstəmov, Cavid Bəhrəmav və adını dəqiqləşdirə bilmədiyi digər 3 nəfər də bu kənddəndir. "Qorxmaz Rüstəmov faktiki olaraq bizim kənddə yaşayırdı, digərləri isə əslən Atbulaqdan olsalar da Ələtdə yaşayırdılar". 

 

Yalnız Cavid Bəhrəmovun cəsədi sudan çıxarılıb.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir