ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri İŞİD-lə mübarizəni davam etdirir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, son bir sutkada Suriya və İraqda İŞİD terror qruplaşmasının mövqelərinə 24 hava zərbəsi endirilib.
Məlumata görə, bombaların 14-ü Suriya, 10-u isə İraq ərazisinə atılıb.
Modern.az