Modern.az

Ukraynada separatçılarla döyüş: 3 ölü,1 yaralı

Ukraynada separatçılarla döyüş: 3 ölü,1 yaralı

Dünya

29 Yanvar 2017, 22:56

Ukrayna hərbçiləri ilə separatçılar arasında döyüş olub. Modern.az saytı xəbər verir ki, şiddətli döyüş Donbasda Avdeyevka şəhəri yaxınlığında qeydə alınıb.

Ukrayna müdafiə nazirliyinin nümayəndəsi Aleksandr Motuzyanikun “BBC”yə verdiyi məlumata görə, bu gün səhər saatlarında separatçılar Avdeyevka şəhəri yaxınlığında Ukrayna ordusunun mövqelərini atəşə tutduqdan sonra hücuma keçiblər. Hücumun dəf edildiyini qeyd edən A.Motuzyanik bildirib ki, baş verən toqquşmalarda 3 Ukrayna hərbçisi həlak olub, 1-i yaralanıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir