Modern.az

Ermənistan əhalisi 1978-ci il səviyyəsinə düşüb

Ermənistan əhalisi 1978-ci il səviyyəsinə düşüb

Dünya

1 Fevral 2017, 11:32

Ermənistan Milli Statistika Xidməti 2017-ci il 1 yanvar tarixi üçün ölkədə daimi əsasda yaşayan vətəndaşların sayını açıqlayıb.

 

Modern.az Ermənistan  KİV-nə istinadən xəbər verir ki, ölkə sakinlərinin sayı 2016-cı il yanvarın 1-i ilə müqayisədə 12,1 min nəfər azalaraq 2,986,500 nəfərə qədər azalıb.

 

Ötən il ölkəni tərk edənlərin 5,3 min nəfəri şəhər, 6,8 min nəfəri isə kənd sakini olub.

 

Xatırladaq ki, bu göstərici Ermənostan əhalisinin 1978-ci ikldəki sayı ilə eynilik təşkil edir.

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir