Modern.az

Messidən daha bir rekord

Messidən daha bir rekord

6 Fevral 2017, 00:31

Lionel Messi La Liqanın XXI turunda “Atletik”lə oyunda (3:0) daha bir dəfə cərimə zərbəsindən fərqlənib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu, argentinalının “Barselona” formasında vurduğu 27-ci belə qoldur.

29 yaşlı super ulduz bununla da əfsanəvi Ronald Kumanı geridə qoyub və komandanın rekordçusu olub.

Hazırda “Everton”un baş məşqçisi olan hollandiyalı Kuman katalonların heyətində cərimə zərbəsindən 26 qol vurmuşdu.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir