BP şirkəti və Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfdaşlıq haqqında saziş imzalayıblar.
Modern.az-ın məlumatına görə, bu tərəfdaşlıq BP-nin Azərbaycanda idmanın inkişafına dəstək üzrə öhdəliyinin bir hissəsidir və şirkətin London-2012 Yay Olimpiya Oyunları və Bakı-2015 Avropa Oyunlarında uğurlu təcrübəsi və əməkdaşlığına əsaslanır.
BP 6 min gəncin cəlb olunacağı Bakı-2017 könüllülük proqramına da dəstək göstərir.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək Bakıda keçiriləcək.
Modern.az