Türkiyə ölkəyə turist cəlbi üçün daha bir addım atır. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə və Ukrayna vətəndaşları daxili pasportlar vasitəsilə ölkələr arasında səfər edə biləcək.
Ukraynada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, yeni rejimə keçid üçün hazırlıqlar yekunlaşmaq üzrədir: "Bu addım iki ölkə arasında turist axınının artırılması üçün atılır. Daxili pasportlarla səfərlər bu yay mövsümünün əvvəlinədək başlaya bilər".
Modern.az