ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiyanın hava zərbələri nəticəsində İraqın Mosul şəhərində İŞİD hərbi polisinin rəhbəri məhv edilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İraq Kürdüstanının təhlükəsizlik şurasının bəyanatında deyilir.
Bəyanatda deyilir: "Bizim anti-terror idarəmiz təsdiq edir ki, fevralın 14-də hava zərbələri nəticəsində Mosulda İŞİD hərbi polisinin rəhbəri Haqi İsmayıl Aued əl-Hədidi məhv edilib".
Modern.az