Pakistanda törədilən terror aktından sonra ölkənin güc strukturları hərəkətə keçib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, terror aktından sonra ölkənin müxtəlif hissələrində keçirilən xüsusi əməliyyat nəticəsində 100-dən çox silahlı məhv edilib.
Qeyd edək ki, dünən Pakistanın cənubunda yerləşən Sind əyalətində Sehvan-Şerif şəhərindəki məsciddə törədilmiş terror aktı nəticəsində 88 nəfər ölüb, 300-dən artıq insan yaralanıb. İŞİD hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.
Modern.az