Modern.az

“WhatsApp”  yeni funksiyasını ləğv edə bilər

“WhatsApp”  yeni funksiyasını ləğv edə bilər

27 Fevral 2017, 23:20

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “WhatsApp” bir neçə gün əvvəl təqdim etdiyi “Story” (Hekayə) funksiyasını ləğv edə bilər. Modern.az xəbər verir ki, buna səbəb yeni funksiyanın istifadəçilər tərəfindən bəyənilməməsi olub. Belə ki, istifadəçilərin çoxu "Google Play Store"də bu funksiyanı ən aşağı balla qiymətləndiriblər.

Odur ki, ciddi narazılığa səbəb olan funksiya yaxın günlərdə “Tagline” funskiyası ilə əvəz oluna bilər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir