Modern.az

İlham Əliyev Avropa Şurasının sabiq baş katibini qəbul edib

İlham Əliyev Avropa Şurasının sabiq baş katibini qəbul edib

Təhsil

6 Aprel 2011, 16:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Avropa Şurasının sabiq baş katibi, Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri Valter Şvimmeri qəbul edib.
Valter Şvimmer Azərbaycanda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluq hissi keçirdiyini bildirib. Bakıya hər səfərində böyük quruculuq işlərinin şahidi olduğunu vurğulayan Valter Şvimmer bunu Azərbaycanın davamlı iqtisadi inkişafının göstəricisi kimi dəyərləndirib. (AzərTAc)
Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunan İlham Əliyev Forumda çoxlu sayda ölkələri təmsil edən nümayəndələrin iştirakını qeyd edərək, Azərbaycanın çox mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın iqtisadi sahədə böyük uğurlar qazandığını, bu inkişafın paytaxtı və bütün regionları əhatə etdiyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var