Efiopiyada zibil yığınının sürüşməsi nəticəsində həlak olanların sayı artır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Əddis-Əbəbə şəhərində baş verən hadisədə ölənlərin sayı 62 nəfərə çatıb.
Qeyd edək ki, bununla bağlı yayılan son məlumatda hadisə zamanı 46 nəfərin öldüyü, həmçinin 28 nəfərin xəsarət aldığı xəbər verilirdi. Sürüşmə zamanı isə hadisə yerində təxminən 150 nəfər olub.
Modern.az