Banqladeşdə beynəlxalq hava limanında terrorçu-kamikadze özünü partladıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, insident paytaxtı Dəkkədə aeroportun polis məntəqəsi qarşısında qeydə alınıb. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir. Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Modern.az