Modern.az

Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə veriləcək

Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə veriləcək

30 Mart 2017, 15:13

Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə veriləcək.

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Səhiyyə komitəsi “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanununa dəyişikliyi müzakirə edib.

Belə ki, həmin siyahıya gözün buynuz qişası da əlavə edilib.

Layihəyə əsasən, gözün buynuz qişası Mülki dövriyyəsinə yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısında yer almayacaq.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir